Britaniya şahzadəsi Harri gözlənilmədən Ukraynaya gedib və Lvovdakı klinikalardan birinə baş çəkib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri yazır.
“Şahzadə Harri dörd veteranın müşayiəti ilə Lvovdakı Superhumans Mərkəzinin klinikasına getdi”, - nəşr qeyd edib.
Nəşrin məlumatına görə, bu klinikada yaralı hərbçilər müalicə olunur.
Qeyd edək ki, şahzadə Harri Edinburq hersoginyası Sofinin keçən il Ukraynaya səfərindən sonra 2022-ci ildə müharibə başlayandan bəri kral ailəsinin Ukraynaya səfər edən ikinci üzvüdür.