Qardaşı ilə oynayan 13 yaşlı qız bıçaq xəsarəti aldı - Yenilənib

qardasi-ile-oynayan-13-yasli-qiz-bicaq-xesareti-aldi
Oxunma sayı: 573

Bakıda 13 yaşlı qız bıçaqlanıb.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib.

Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

***

13 yaşlı qızın bıçaq xəsarəti almasının təfərrüatı məlum olub.

Hadisə gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindəki mənzillərdən birində baş verib.

2013-cü il təvəllüdlü A.Məmmədova evdə autizm xəstəliyindən əziyyət çəkən 2022-ci il təvəllüdlü qardaşı ilə oynayırmış və həmin vaxt oğlanın əlində bıçaq olub. Yeniyetmə qız qardaşını qucaqlayarkən ehtiyatsızlıqdan qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.