Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya səfərə yola düşüb.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Qaribaşvili Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) zirvə görüşündə fəxri qonaq qismində iştirak edəcək.
Baş nazirin, həmçinin Prezident İlham Əliyevlə görüşəcəyi də bildirilir.
***
İrakli Qaribaşvili Azərbaycana işgüzar səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qaribaşvilini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.