Sosial şəbəkələrdə Qax rayonunun kəndlərindən birində 13 yaşlı qıza qarşı təcavüz edilməsi ilə bağlı məlumatlar yayılıb.
“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, iddialarda sözügedən hadisə ilə bağlı çox sayda şəxsin saxlanıldığı vurğulanıb.
Məsələ ilə bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, zərərçəkmiş uşaq baş verənləri valideynlərinə özü danışıb.
K.Ağazadə əlavə edib ki, təcavüz faktı təsdiqlənib və artıq bir neçə nəfər saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər