Qayda pozmaq üçün qeyri-adi üsula əl atdı - Video - Yenilənib

qayda-pozmaq-ucun-qeyri-adi-usula-el-atdi
Oxunma sayı: 1897

Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan ilə Əlişir Nəvai küçəsinin kəsişməsində sürücülərdən biri qayda pozmaq üçün qeyri-adi üsuldan istifadə edib.

“Qafqazinfo” xəbər verir ki, o, hərəkətdə üstünlük qazanmaq məqsədilə əvvəlcə piyada svetoforunun düyməsini sıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin qırmızı işıqda gözləmələrinə səbəb olub. Ardınca isə özü qoşa xəttin tələbini pozaraq geriyədönmə manevri edib.

***

Bakı Şəhər DYP İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda videogörüntü ilə bağlı araşdırma aparılır və sürücü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir görüləcək.

Həmin görüntüləri təqdim edirik.