Türkiyənin sabiq səhiyyə naziri Fahrettin Koca “Qalatasaray”ın “Yuventus” üzərində 5:2 hesablı qələbəsindən sonra sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o, paylaşımında İtaliyanın Baş naziri Corciya Meloninin təəccüblə üzünü əlləri ilə örtdüyü fotodan istifadə edərək, “Tarixi qələbə: “Qalatasaray” 5 – “Yuventus” 2” sözlərini yazıb.
Yumoristik üslubda edilən paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. İtaliya Baş nazirinin fotosuna istinad edilməsi paylaşımın daha da diqqət çəkməsinə yol açıb.

Son xəbərlər
Son Xəbərlər