Qətərdə müəyyən ərazilərin ictimai təhlükəsizlik riski səbəbindən müvəqqəti olaraq təxliyə edildiyi açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müvafiq qurumlar ictimai təhlükəsizliyi təmin etmək məqsədilə bəzi ərazilərin ehtiyat tədbiri olaraq boşaldılması barədə qərar qəbul ediblər.
“İctimai təhlükəsizliyi təmin etmək üçün təhlükə aradan qaldırılana qədər müəyyən ərazilər müvəqqəti və ehtiyat tədbiri olaraq təxliyə edilib”, – deyə məlumatda qeyd olunub.
Açıqlamada risk yaradan konkret ərazilər barədə ətraflı məlumat verilməyib. Eyni zamanda vətəndaşlar rəsmi qurumların təlimatlarına əməl etməyə çağırılıb.
Son xəbərlər
Son Xəbərlər