Qətl törədib polisə təslim oldu

qetl-toredib-polise-teslim-oldu
Oxunma sayı: 3308

Şəkidə qətl hadisəsi törədilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, 41 yaşlı Həşimov Asif Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı rayon sakini İsayev Cavid Beybud oğlu könüllü olaraq polisə gedərək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, son sutkada Şəkidə ikinci qətl hadisəsidir.