Paytaxtda qətl hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün 20 radələrində Xətai rayonu ərazisində olub.
Belə ki, 1987-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 1991-ci il təvəllüdlü Orxan Yusubova bıçaqla xəsarətlər yetirib.
O.Yusubov aldığı xəsarətlərdən ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən S.Camalovu polis əməkdaşları saxlayıblar.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər