Qəzada xəsarət alan 5 yaşlı uşaq öldü

qezada-xesaret-alan-5-yasli-usaq-oldu
Oxunma sayı: 1421

Sabirabadda iki gün əvvəl baş vermiş yol qəzasında ağır xəsarət alan azyaşlı vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, 5 yaşlı Nilayın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, VAZ markalı iki avtomobilin toqquşması nəticəsində daha bir nəfər hadisə yerində ölmüşdü. Üç nəfər isə xəstəxanada həkim nəzarətinə götürülmüşdü.