Qəzadan 5 gün sonra öldü

qezadan-5-gun-sonra-oldu
Oxunma sayı: 608

Yanvarın 9-u Balakəndə yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini Sadiq Balagözov “VAZ 2115” markalı avtomobillə rayonun Qazma kəndindən şəhər istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 64 yaşlı Cəərey Əliyevanı vurub.

O, aldığı xəsarətlərdən yanvarın 14-ü xəstəxanada dünyasını dəyişib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.