“Qəzza uşaqlar üçün dünyanın ən təhlükəli yeridir” - BMT

qezza-usaqlar-ucun-dunyanin-en-tehlukeli-yeridir
Oxunma sayı: 1334

“Qəzza uşaqlar üçün dünyanın ən təhlükəli yeridir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel bildirib.

“Cəmi 46 gündə 5 min 300 fələstinli uşaq öldürülüb. Bu, gündə 115 uşağa bərabərdir. Qəzzada ölənlərin 40 faizi uşaqlardır. Belə bir vəziyyətə heç vaxt rast gəlinməyib. Qəzza uşaqlar üçün dünyanın ən təhlükəli yeridir”, - deyə Rassel qeyd edib.