Bu gün Kerem-Şalom keçidindən Qəzza zolağına un, uşaq qidası, tibbi avadanlıq və dərmanlar daxil olmaqla humanitar yardım daşıyan 93 BMT yük maşını daxil olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İsrailin ərazilərdəki fəaliyyətinin koordinatoru bildirib.
O qeyd edib ki, bütün yardımlar Müdafiə Nazirliyinin Quru Tranzit Müdirliyi tərəfindən hərtərəfli təhlükəsizlik yoxlanışından sonra təhvil verilib.