Qışda necə qidalanmalı? - Faydalı məsləhətlər

qisda-nece-qidalanmali
Oxunma sayı: 4697

Qışda günlər qısaldıqca çox insanda səhhətin pisləşməsi, yuxululuq, daimi aclıq hissi müşahidə olunur. 

“Qafqazinfo” xəbər verir ki, bütün bunlar tipik “qış simptomlarıdır.” 

Bu, ona görə baş verir ki, orqanizm “enerjiqoruyucu rejimə” keçir, nəticədə də mübadilə prosesləri yubanır. Bunun qarşısını almaq üçün qida rasionuna yenidən baxmaq, qış qidalanması qaydalarına əməl etmək lazımdır.

Bəs görəsən, qış qidalanmasının hansı özəllikləri var?

Qış vaxtı enerji və rersursları qorumağa çalışdığımızdan, qidamız da buna müvafiq olmalıdır. Qış aylarında ürək-damar sisteminə yaxşı təsir göstərən və ürəyin işini asanlaşdıran isti yeməklər və içkilər qəbul etmək lazımdır. 

Onu da qeyd etmək lazımdır ki, soyuq qida həzm prosesini yubadır və orqanizmin isinməsi üçün əlavə enerji tələb edir.   

Bundan başqa, bilməyiniz lazımdır:

Zülal qidası – orqanizmi infeksiyalardan qorumağa kömək edir. Burada heyvan mənşəli qida ilə (ət, balıq, pendir, yumurta, kəsmik) tərkibində bitki mənşəli zülallar olan məhsulları – soya, lobya, noxudu – növbələşdirmək lazımdır.

Qış tərəvəzləri: kök, çuğundur, kələm, baş soğan, kartof – bu tərəvəzlərin tərkibində bütün qış boyu çoxlu vitamin olur.

Dənli bitkilərin kaşası və çörək orqanizmə gec həzm olunan karbohidratlar kimi lazımdır. Onlar gec həzmə gedir və bununla da orqanizm enerjiyə qənaət etmiş olur.    

Orqanizmin qışda daha çox ehtiyacı olduğu vitaminlər:

D vitamini – Yay vaxtı orqanizm ultrabənövşəyi şüalar vasitəsilə kifayət qədər D vitamini alır, qışda isə bu vitaminin qıtlığı yaranır. D vitaminini qış aylarında süd məhsullarından, yumurta və treska balığının ciyərindən almaq olar.

E vitamini – güclü antioksidant olub, orqanizmi pis maddələrdən (toksinlərdən) təmizləyir. Qoz-fındıqda, günəbaxan, zeytun və soya yağlarında E vitaminin miqdarı çoxdur.  

A vitamini – immuniteti qoruyur, maddələr mübadiləsini normallaşdırır. Qış vaxtı onu, əsasən, kökdən almaq olar. Nəzərə alsaq ki, A vitaminin piy parçalamaq xüsusyyəti var, onun mənimsənilməsi üçün rasionda günəbaxan, yaxud da başqa bir yağ daxil etmək lazımdır.

Digər faydalı məsləhətlər:

Şirniyyat kimi qış vaxtlarında meyvə quruları və baldan istifadə etmək yaxşı olar. Bunlar immuniteti qaldırır, həzmi və əhvalı yaxşılaşdırır.

Ədviyyatlar: Qış vaxtı istilik vermə xüsusiyyətləri olan ədviyyatlardan istifadə etmə məsləhətdir. Məsələn, sarımsaq, acika, zəncəfil və s.

Kifayət qədər maye için. Gün ərzində 1.5-2.0 l-dən az olmayaraq su, çay, kompot, şirə və digər içkilərdən istifadə edin. Bunları daha çox səhərlər qəbul etsəniz faydalı olar.

Əlbəttə ki, ilin istənilən ayında fiziki hərəkət etməyi də unutmayaq.