“Qızılcadan ölənlərin hamısı peyvənd olunmayanlardır”

qizilcadan-olenlerin-hamisi-peyvend-olunmayanlardir
Oxunma sayı: 1204

“Azərbaycanda əhali arasında peyvəndlərlə bağlı düzgün təbliğat işinin aparılmasına ehtiyac var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bəzən peyvəndlərin ziyanlı olması, xüsusilə gen səviyyəsində insana ziyan vurması ilə bağlı fikirlər yayılır: “Hətta həkimlər arasında belə fikirlər vardı. Gərək biz insanları inandıraq ki, əgər övladlarımızın yoluxucu xəstəliklərdən dünyasını dəyişmələrini istəmiriksə, bunun bir yolu var. Bu da peyvəndlənmə yoludur. Dünyada peyvəndləmə ilə bağlı belə yanlış fikirlər yoxdur. Amma bizdə bu cür neqativ fikirlər yayılır”.

Ə. Əmiraslanov əlavə edib ki, ölkədə son vaxtlar qızılcadan vəfat edənlərin hamısı peyvənd olunmayan şəxslərdir.

Nizam Rza