Bu gün saat 12 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
“Qafqazinfo” xəbər verir ki, nəticədə nəqliyyat vasitəsində olan sərnişin - 67 yaşlı Məzlumə Xəlilova aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər