Qurban Qurbanov 21 il sonra həmin stadiona gedir

qurban-qurbanov-21-il-sonra-hemin-stadiona-gedir
Oxunma sayı: 2863

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 21 il sonra yenidən “St James’ Park” stadionuna yollanacaq.

“Qafqazinfo” xəbər verir ki, onun komandası bu arenada Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşacaq. 

Ağdam təmsilçisinin baş məşqçisi 21 il öncə isə bu stadiona Azərbaycan yığmasının heyətində gedib. Belə ki, Q.Qurbanov millimizin İngiltərə millisinə qarşı keçirdiyi matçda start heyətində meydana çıxıb. O, həmin matçda qapı dirəyinə vurduğu zərbə ilə diqqət çəkib.

Sözügedən qarşılaşma isə ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.