Qurban Qurbanov onunla görüşdü - Fotolar

qurban-qurbanov-onunla-gorusdu
Oxunma sayı: 846

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşmək arzusunda olan azarkeş nəhayət istəyinə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Məlumata görə, uzun müddətdir bu görüşü gözləyən fanat klubun bazasında qonaq edilib və ona komandanın forması təqdim olunub.

Daha sonra azarkeş baş məşqçi və futbolçularla görüşərək xatirə şəkilləri çəkdirib.