Rassell ikinci sərbəst yürüşdə də birinci oldu - Yenilənib

rassell-ikinci-serbest-yurusde-de-birinci-oldu
Oxunma sayı: 609

Formula 1 üzrə Azərbaycan Qran-Prisində 2-ci sərbəst yürüşə start verilib.

“Qafqazinfo” xəbər verir ki, sərbəst yürüş 16:00-da başlayıb.

***

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başa çatıb. Birinci yeri “Mercedes”in üzvü Corc Rassell tutub.

İkinci pillədə onun komanda yoldaşı Andrea Kimi Antonelli qərarlaşıb. Üçüncü yerə isə “Red Bull Racing”dən Maks Ferstappen çıxıb. 

Qeyd edək ki, Corc Rassell bu gün keçirilən ilk sərbəst yürüşün də qalibi olmuşdu.