Rassell ilk dəfə Azərbaycan Qran-Prisində qalib oldu - Yenilənib

rassell-ilk-defe-azerbaycan-qran-prisinde-qalib-oldu
Oxunma sayı: 1387

Formula 1 üzrə Azərbaycan Qran-Prisində əsas yarış başlayıb.

“Qafqazinfo” xəbər verir ki, yarışa saat 15:00-da start verilib.

***

19 dövrədən sonra Corc Rassell yarışa liderlik edir. Oskar Pyastri ikinci, Maks Ferstappen üçüncüdür. 

***

Formula 1 üzrə Azərbaycan Qran-Prisi başa çatıb. “Mersedes”in pilotu Corc Rassell birinci olub. “Red Bull”un üzvü Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hadjar isə üçüncü olub.