Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, məhkəmə kollegiyasının hökmü ilə Rauf Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən iclasda dövlət ittihamçısı 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Vəkil Fuad Ağayev jurnalistlərə açıqlamasında deyib ki, hökmdən apellyasiya şikayəti veriləcək.
Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Murad Əhməd

Son xəbərlər
Son Xəbərlər