“Real” azarkeşləri Mbappeni fitə basdı - Video

real-azarkesleri-mbappeni-fite-basdi
Oxunma sayı: 2264

“Real” ötən gün “Atletik”ə qarşı keçirilən matçı tribunadan izləyən Kilian Mbappeni fitə basıblar.

“Qafqazinfo” xəbər verir ki, cəzalı durumda olduğu üçün meydana çıxmayan futbolçuya qarşı bu hərəkətin səbəbi isə onun son zamanlarda zəif çıxışı olub. 

“Atletik”lə matçın 20-ci dəqiqəsində kameralar tirbunada oturan futbolçunun görüntülərini stadionun ekranına yansıdıb və bu zaman tribunalar onu fitə basıb. 

Qeyd edək ki, Mbappe son 5 oyunda nə qol vurub, nə qol ötürməsi edib. Bu onun son 7 ildə ən zəif göstəricisidir.