Ronaldo 18 ildən sonra ilk dəfə...

ronaldo-18-ilden-sonra-ilk-defe
Oxunma sayı: 838

Kriştianu Ronaldo Portuqaliya millisinin Norveçə qarşı keçirdiyi oyunu ehtiyatdan izləyib.

“Qafqazinfo” xəbər verir ki, 18 ildən sonra ilk dəfə superulduz yığmasının heyətində rəsmi matçda meydana çıxmayıb.

Portuqalların 2:1 hesabı ilə qalib gəldikləri matçda Ronaldo sonradan da oyuna daxil olmayıb.

O, sonuncu dəfə AÇ-2008-də İsveçrə ilə görüşdə (0:2) rəsmi matçda meydana çıxmamışdı.

Qeyri-rəsmi görüşlər nəzərə alınsa, Ronaldo sonuncu dəfə 2024-cü ildə milliyə çağırılaraq ehtiyatda oturmuşdu.