Azərbaycan futzal yığmasının qapıçısı Rövşən Hüseynli milli komandadan kənarlaşdırılıb.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, buna səbəb onun intizamsızlıq etməsidir.
Baş məşqçi R.Hüseynlinin intizamsızlığına görə təcrübəli oyunçunu millidən uzaqlaşdırıb.
Bundan başqa milli komandanın üzvləri Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə heyətdən çıxarılıb.
Əvəzində mütəxəssis “Neftçi” İK-dan qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.
Qeyd edək ki, aprelin 8-dək Bakıda məşq edəcək yığma ertəsi gün İsveçə yola düşəcək. İsveçlə oyun aprelin 11-də səfərdə, Xorvatiyaya qarşı matç isə 15-də Bakıda keçiriləcək.