Aprelin 21-də Türkiyənin dünyasəviyyəli cərrahı, “Anadolu Sağlık Merkezi”nin (Johns Hopkins Medicine) ümumi cərrahiyyə uzmanı ve süd vəzi mərkəzinin direktoru Prof. Dr. Ali Uğur Emre Bakıda, “Referans Hayat Hospital”da pasiyentləri qəbul edəcək.
Yalnız bir gün ərzində qalxanabənzər vəzi, paratiroid vəzisi və süd vəzi xəstəliklərindən əziyyət çəkən şəxslərin süd vəzi və endokrin cərrahiyyə sahəsində ixtisaslaşmış Prof. Dr. Emre ilə üzbəüz tibbi məsləhət almaq imkanı olacaq.
Qəbul zamanı əməliyyata ehtiyac olan hallarda ilkin qiymətləndirmə
Müasir texnologiyalar və fərdi yanaşma ilə xidmət
Türkiyənin nüfuzlu “Anadolu Sağlık Merkezi”nin tanınmış cərrahı olan Prof. Dr. Emre, endokrin cərrahiyyəsi sahəsində geniş beynəlxalq təcrübəyə malikdir.
O, xüsusilə:
- Qalxanabənzər vəzi düyünləri və xərçəngləri;
- Paratiroid vəzisinin funksional pozğunluqları;
- Süd vəzi xəstəlikləri və bədxassəli törəmələr üzrə müasir və minimal invaziv cərrahi üsullar tətbiq edir;
- Tibb sahəsindəki yüksək ixtisası, yüzlərlə uğurlu əməliyyat təcrübəsi və ən son texnologiyalarla işləməsi onu bu sahədə lider adlardan birinə çevirib.
Tarix: 21 aprel 2025
“Referans Hayat Hospital”, Bakı şəhəri, Mətbuat prospekti 35A
Əlaqə: *0033
WhatsApp: +99477 342 00 33
Qeyd: Qəbul yalnız öncədən qeydiyyat əsasında həyata keçiriləcək!