Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində bombalı hücum olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 polis ölüb, 19 nəfər isə yaralanıb.
Ölkənin Baş naziri Şahbaz Şərif hücumu pisləyib və terrorla mübarizəni davam etdirəcəklərini vurğulayıb.
Hücumun Bəlucistan Azadlıq Ordusu tərəfindən həyata keçirildiyi bildirilib.
Son xəbərlər
Son Xəbərlər