Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, turun qapanış oyununda “Eyüpspor” “Adana Dəmirspor”un qapısından 6 cavabsız qol keçirib.
“Eyüpspor” bu qalibiyyətdən sonra xallarının sayını 50-yə çatdırıb və 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, hazırda Super Liqanın turnir cədvəlinə 74 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbaxça”nın 71, “Samsunspor”un isə 51 xalı var.