Onları indi uşaqlarımız izləyəcək... - Fotolar

onlari-indi-usaqlarimiz-izleyecek
Oxunma sayı: 6268

Xəbər verdiyimiz kimi, Türkiyənin bir vaxtlar məşhur olan “Sihirli annem” serialının film çəkilişləri başlayıb.

“Qafqazinfo”nun məlumatına əsasən, filmdən yeni fotoşəkillər “Sihirli annem”in instaqram hesabında paylaşılıb.

Belə ki, fotolarda İnci Türkay (“Betüş”),  Nevra Serezli (“Dudu peri”),  Gül Onat (“Perihan”), Şahap Sayılgan (“Sadık”), Jess Molho (“Yavuz”) yer alıb.

Sosial şəbəkə istifadəçiləri film çəkilməsi xəbərini böyük sevinclə qarşıladıqlarını, bir vaxtlar maraqla izlədikləri “pərilər”in daha övladlarının dünyasına rəng qatacağını, ovaxtkı heyəti yenidən bir arada gördüklərinə görə çox sevindiklərini və ekran işini həyəcanla gözlədiklərini bildiriblər.

Qeyd edək ki, “Sihirli annem” serialı 2003-2012-ci illərdə yayımlanıb.

Həmin fotoları təqdim edirik: