Rövşən Nəcəf FİFA prezidenti ilə görüşdü - Fotolar

rovsen-necef-fifa-prezidenti-ile-gorusdu
Oxunma sayı: 505

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəfin FİFA prezidenti Canni İnfantino ilə görüşü keçirilib.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri də görüşə qatılıblar.  

Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlər, o cümlədən futbolun kütləviliyinin artırılması, uşaq futbolunun inkişafı və bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib. Həmçinin, AFFA ilə FİFA arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Söhbət zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatının final mərhələsinə hazırlıq işləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.