Rus saytı Mahiri erməni kimi təqdim etdi - Yenilənib

rus-sayti-mahiri-ermeni-kimi-teqdim-etdi
Oxunma sayı: 5980

Rusiyanın məşhur idman saytlarından olan sports.ru Azərbaycan millisinin futbolçusu Mahir Emrelini erməni kimi təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, sayt Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Spartak”la Polşanın “Legiya” klubu arasındakı oyunu canlı şəkildə şərh edib.

Ruslar Emrelinin oyunun 78-ci dəqiqəsində qapıya başla vurduğu topu şərh edən zaman “erməninin baş zərbəsi uğursuz oldu” yazıblar.

Fəzail Ağamalının qızının bağçasında uşağı döyüblər?

Qeyd edək ki, çoxsaylı iradlardan sonra sayt bu səhvini düzəldib.