Rusiya “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxara bilər

rusiya-talibani-qadagan-olunmus-teskilatlar-siyahisindan-cixara-biler
Oxunma sayı: 949

Rusiya “Taliban” hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxara bilər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov açıqlayıb. 

Onun sözlərinə görə, Rusiya XİN və Ədliyyə Nazirliyi ölkə Prezidenti Vladimir Putinə bununla bağlı məruzə ediblər və hazırda yekun qərarın verilməsi gözlənilir. 

Kabulov, həmçinin qeyd edib ki, Rusiya Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirakla bağlı “Taliban” hərəkatına dəvət göndərib.