“Rusiya Ukrayna ilə müharibə etmək istəmir, amma...” - Putin

rusiya-ukrayna-ile-muharibe-etmek-istemir-amma
Oxunma sayı: 1372

“Rusiya Ukrayna ilə müharibə etmək istəmir, lakin Kiyevin indiki rəhbərliyi bunu istəyirsə, qoy müharibə etsinlər”.

“Qafqazinfo” xəbər verir ki, bu bəyanatla Rusiya Prezidenti Vladimir Putin VQTRK jurnalisti Pavel Zarubinə verdiyi müsahibədə çıxış edib.

Rusiya dövlət başçısı Moskva rəhbərliyinin ilk gündən münaqişənin dinc yolla həllinin tərəfdarı olduğunu xatırladıb:

“Hələ 2014-cü ildə Rusiya Kiyevə ozamankı Ukraynanın Cənub-Şərq bölgəsi ilə razılığa gəlməyi təklif etmişdi. Xeyr! Dinc əhaliyə qarşı top və təyyarələrdən istifadə etdilər. Praktik olaraq müharibə alovlandırdılar. Sonra Minsk razılaşmaları gəldi. Biz hər zaman çalışırdıq ki, onlar dövlət çevrilişi ilə razılaşmayan Ukrayna hissəsi ilə dildə tapsınlar. Lakin onlar bundan imtina etdilər”.

Putin “xüsusi hərbi əməliyyat” başlamazdan əvvəl də Kiyevə dialoq təklif edildiyini, lakin Ukrayna tərəfinin bunu rədd etdiyini diqqətə çatdırıb:

“Düşünürəm ki, biz razılığa gələ bilərik, biz buna razıyıq. Lakin kimisə başqa cür istəyirsə, yaxşı. Başqa cür olacaq. Hər bir halda Rusiya öz qarşısına qoyduğu tapşırıqları yerinə yetirəcək və xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə çatılacaq”.

Rusiya prezidenti əlavə edib ki, Avropanın və ya dünyanın digər regionlarının bəzi ölkələri Rusiyanı zəiflətmək məqsədilə onunla müharibə aparmaq istəyirlər:

“Bəs bu, məgər Ukraynanın özünün milli ideyasıdır?”

Məlumat üçün bildirək ki, oktyabrın 21-də Rusiya Prezidenti ABŞ dövlət başçısının xüsusi elçisi Stiven Uitkoffla görüşüb. Görüşdən sonra Rusiya liderinin köməkçisi Yuri Uşakov Moskvanın Ukrayna böhranının tənzimlənməsi üçün artıq noyabr ayında Vaşinqton və Kiyevlə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirib. O, məsələnin münaqişənin sonuna doğru getdiyinə əminliyini ifadə edib.