BƏƏ-nin paytaxtı Əbu-Dabidə Rusiya və ABŞ arasında məhbus mübadiləsi həyata keçirilib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff açıqlayıb.
Bildirilib ki, mübadilə ilə bağlı danışıqlar Retkliff və Rusiya kəşfiyyatının yüksəkvəzifəli əməkdaşı arasında baş tutub.
İlkin ehtimala görə, Rusiya ötən il 12 il müddətinə azadlıqdan məhrum edilən ABŞ və Rusiya vətəndaşı Kseniya Karelinanı, ABŞ isə qaçaqmalçılıqda ittiham edilən Rusiya və Almaniya vətəndaşı Artur Petrovu qarşı tərəfə təhvil verib.