Rusiyada təyyarə qəzaya düşdü, 2 yaralı var

rusiyada-teyyare-qezaya-dusdu-2-yarali-var
Oxunma sayı: 926

Rusiyanın Altay diyarında yüngül mühərrikli təyyarə qəzaya düşüb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, hadisə Starobelokurixa kəndində aerodromda baş verib.

İnsident nəticəsində 2 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə yerində yanğınsöndürən və xilasedicilər çalışır. Hazırda insidentin detalları araşdırılır.