Moldovanın Rusiyadakı səfiri Lilian Dariy geri çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin (XİN) “Telegram” kanalında məlumat yayılıb.
Bildirilib ki, səfirin geri çağırılmasına səbəb ölkənin Ştefan Voda rayonunun ərazisinə dronun düşməsi və partlaması olub.
“Bununla əlaqədar Xarici İşlər Nazirliyi Moldova Respublikasının Moskvadakı səfirini məsləhətləşmələr üçün geri çağırır”, - məlumatda deyilir.
Qeyd edək ki, avqustun 9-da Moldovanın Ştefan Voda rayonunun ərazisinə düşən dron partlayıb. Dronun qalıqları Ukrayna ilə sərhəddəki Krozmaz kəndi ərazisində tapılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Son xəbərlər
Son Xəbərlər