Rusiyadan ABŞ-ın sanksiyalarına - Cavab

rusiyadan-abs-in-sanksiyalarina
Oxunma sayı: 3189

Rusiya Xarici İşlər Nazirliyi Kremlin ABŞ-ın yeni sanksiyalarına veriləcək cavabını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, sanksiyalar amerikalı rəsmilərlə yanaşı, ABŞ diplomatik missiyasına qarşı tədbirləri də ehtiva edir.

Tədbirlər aşağıdakı kimidir:

ABŞ-ın sanksiyalarından sonra Moskva hər iki ölkənin səfirlərinin də mövcud vəziyyət qarşısında rəhbərlikləri ilə məsləhətləşmələrinin lazımiliyini əsas gətirərək, ABŞ-ın Rusiyadakı səfiri Con Sullivanın Vaşinqtona qayıtmasını tövsiyə edib.

10 amerikalı diplomat ölkədən deportasiya ediləcək.

Rusiya iki ölkənin diplomatlarının olduqları şəhərlərin xaricinə çıxmalarına icazə verən müqavilədən çəkiləcək.

Rusiya ABŞ diplomatik təsislərinin rusları və üçüncü ölkə vətəndaşlarını işə götürməsini yasaqlayacaq. Rusiya XİN də amerikalı diplomatlara verdiyi qısamüddətli viza sayını azaldacaq.

“Rusiyaya qarşı münasibətin formalaşdırılması və tətbiqi”ndə günahlandırılan mövcud və keçmiş ABŞ administrasiyalarının səkkiz üzvünün ölkəyə girişi qadağan edilib.

Rusiyanın daxili işlərinə qarşımaqda günahlandırılan və Rusiyada fəaliyyət göstərən ameriakalı vəqflərin və dərnəklərin ölkə içindəki fəaliyyətləri yasaqlanacaq.