Rusiyanı builki “Avroviziya”da fiziki məhdudiyyətli müğənni Yaroslava Simonova təmsil edəcəkmiş.
“Qafqazinfo” Super.ru-ya istinadən xəbər verir ki, 18 yaşlı ifaçı qapalı formatda seçilmiş, qərar isə fevralda verilmişdi.
Y. Simonova uşaqlıqdan görmə qabiliyyətini itirib. O, notları vərəqdən oxuya bilmir, hamısını dinləməklə əzbərləyir. Müğənni bir neçə müsabiqədə qalib gəlib, dünyanın bir çox şəhərində qastrol səfərlərində olub.
Qeyd edək ki, daha əvvəl “Avroviziya”nın təşkilatçıları Rusiyanı müsabiqədən kənarlaşdırıb.
Son xəbərlər
Son Xəbərlər