Rusiyanı “Kainat gözəli” müsabiqəsində təmsil edəcək

rusiyani-kainat-gozeli-musabiqesinde-temsil-edecek
Oxunma sayı: 2551

“Vitse-miss Rusiya-2019” qalibi Ralina Ərəbova Rusiyanı “Kainat gözəli-2021” müsabiqəsində təmsil edəcək.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, o, 70-ci müsabiqədə iştirak etmək üçün dekabrın 1-də İsrailə yola düşəcək. 

Müsabiqənin final gecəsi dekabrın 12-də Eylatda keçiriləcək.

Təşkilatçıların sözlərinə görə, final şousuna hazırlıq zamanı iştirakçılar bir neçə dəfə (o cümlədən final mərasimindən əvvəl) COVID-19 testindən keçəcək, maskalar və dezinfeksiyaedici vasitələrdən istifadə edəcəklər.