Rusiyaya gedən ermənilər günlərlə ac saxlanılaraq geri qaytarıldı - Fotolar

rusiyaya-geden-ermeniler-gunlerle-ac-saxlanilaraq-geri-qaytarildi
Oxunma sayı: 5427

Rusiyanın Moskva şəhərinə gedən bəzi Ermənistan vətəndaşları COVID-19 testi ilə bağlı problemlər üzündən ölkələrinə geri göndərilib.

Bu barədə “Qafqazinfo” “Tert.am”a istinadən xəbər verir.

“Biz birinci reyslə Moskvaya getdik, buraxılış məntəqəsində bizi irəliyə getməyə qoymadılar. Bildirdilər ki, bizim COVID-19 testimiz qanunsuzdur, nəticədə bizi deportasiya etdilər. Mən nə baş verdiyini soruşdum. Onlar mənim qanunsuz sənədlə RF sərhədini keçmək istədiyimi bildirdilər. Bizi üç gün ac saxladılar, yalnız su içirdik”, - Ermənistana deportasiya olunmuş vətəndaşlardan biri deyib.  

Kişi qeyd edib ki, deportasiya olunmuş şəxslər səfərlə bağlı məsələnin həll olunmasını, həmçinin biletlərə sərf olunan pulun geri qaytarılmasını tələb edirlər.