NATO-nun Baş katibi Mark Rutte Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rutte Ukraynaya verdiyi dəstəyə görə Yunanıstana təşəkkür edib: “Dəstəyimiz onları mübarizədə saxlayıb, lakin bu münaqişənin trayektoriyasını dəyişmək üçün daha da irəli getməliyik”.
O, Afinaya səfəri çərçivəsində Yunanıstanın milli müdafiə naziri Nikos Dendias və xarici işlər naziri Giorgios Gerapetritis ilə də görüşüb.