Saakaşvili səkkiz ildən sonra Gürcüstanda - Video

saakasvili-sekkiz-ilden-sonra-gurcustanda
Oxunma sayı: 7371

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili 8 ildən sonra Gürcüstana qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, Saakaşvili bu barədə məlumatı öz feysbuk hesabında yazıb.

“Sabahın xeyir, Gürcüstan. 8 ildən sonra Gürcüstandayam”, - deyə Saakaşvili yazıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi hələ ki, Saakaşvilinin ölkədə olmasını nə təsdiq, nə təkzib edir.

Qeyd edək ki, Mixail Saakaşvili bir neçə gün əvvəl oktyabrın 2-nə Kiyev-Tbilisi reysinə bilet aldığını açıqlamışdı.

***

M. Saakaşvili daha sonra öz feysbuk hesabında video yayaraq Batumi şəhərində olduğunu açıqlayıb.

O, öz tərəfdarlarını sabah keçiriləcək yerli özünüidarəetmə seçkilərində iştirak etməyə çağırıb: “Bura Batumidir. Biz oktyabrın 2-də seçkilərdə iştirak etməli, Vahid Milli Hərəkat partiyasına səs verməliyik”.