Saakaşvili ukraynalı deputatla evlənib - Video

saakasvili-ukraynali-deputatla-evlenib
Oxunma sayı: 5088

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin yenidən evləndiyi üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, o, həbs edildikdən sonra ukraynalı deputat Yelizaveta Yaskonun feysbuk səhifəsində yayılan videomüraciətdə Saakaşvili artıq yeni xanımının olduğunu bildirib:

“Biz Liza ilə bildirmək istəyirik ki, yeni həyata, yeni ailəyə başlayırıq”.

Saakaşvilinin xanımı Yelizaveta Yasko Ukraynanın millət vəkilidir.

Qeyd edək ki, Saakaşvili daha əvvəl Hollandiya vətəndaşı Sandre Rulofsla ailəli olub, onların iki oğlu var.