Sabah ölkə üzrə pensiyalar ödəniləcək - Qrafikdən əvvəl

sabah-olke-uzre-pensiyalar-odenilecek
Oxunma sayı: 4089

Qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.  

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.