Əhmədinejadın ofisindən İsraillə bağlı - Təkzib

ehmedinejadin-ofisinden-israille-bagli
Oxunma sayı: 699

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın ofisi “The New York Times” nəşrinin anonim mənbələrə istinadən yaydığı məlumatı təkzib edib. 

“Qafqazinfo” xəbər verir ki, yayımlanmış bəyanatda İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın Əhmədinejadı əməkdaşlığa cəlb etməyə çalışdığı ilə bağlı iddiaların yalan olduğu bildirilir. 

Sabiq prezidentin ofisi qəzeti ictimai rəyi aldatmaq və İranda daxili parçalanmanı qızışdırmaq məqsədilə uydurma xəbərlər dərc etməkdə ittiham edib.

Ofis, həmçinin Əhmədinejadın ev dustaqlığında olduğunu inkar edib və bunun əvvəlki “absurd” iddiaları əsaslandırmaq üçün uydurulduğunu açıqlayıb. 

“Biz “The New York Times” tərəfindən yayılan bütün yalan iddiaları qəti şəkildə rədd edirik”, - bəyanatda deyilir.

Xatırladaq ki, daha əvvəl “The New York Times” nəşri İsrailin Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirmək məqsədilə öz tərəfinə çəkməyə çalışdığı ilə bağlı iddia ilə çıxış edib. Qəzet hazırda sabiq prezidentin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat orqanlarının nəzarəti altında olduğunu qeyd edib.