Sabah oyuna çıxacaqlar - ABŞ-yə gələ bilmirlər

sabah-oyuna-cixacaqlar
Oxunma sayı: 833

Uruqvay milli komandası dünya çempionatının ilk turunun oyunu üçün  ABŞ-yə gələ bilmir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatı məlumat yayıb. 

Buna səbəb isə komandanın bəzi sənədləri itirməsidir.

Hazırda Meksikada məskunlaşan uruqvaylılar ABŞ-yə uça bilmir. Onlar sabah Səudiyyəti Ərəbistanı yığması ilə qarşılaşacaqlar. 

Matç Bakı vaxtilə saat 02:00-da başlayacaq. 

Lakin Uruqvay yığması hələ də matçın keçiriləcəyi şəhərə gəlməkdə problem yaşayır. 

Artıq ölkənin Futbol Federasiyası bunun üçün FİFA-ya müraciət edib.