“Sabah”ın oyununa cəmi 3 min bilet satıldı

sabahin-oyununa-cemi-3-min-bilet-satildi
Oxunma sayı: 1040

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Sabah” – TNS (Uels) qarşılaşmasına indiyədək 3000 bilet satılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb. 

İyulun 7-də “Bank Respublika Arena”da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə iyulun 14-də Uelsdə keçiriləcək.

Qeyd edək ki, stadionun tamaşaçı tutumu 8600-dür.