Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrindən birinin sabiq qərargah rəisi saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polkovnik-leytenant Ramil İbrahimov rüşvət almaqda ittiham edilir.
Hazırda Respublika Hərbi Prokurorluğunda ilkin istintaq işləri aparılır.
Qeyd edək ki, eks-qərargah rəisi bir müddət əvvəl təqaüdə çıxıb.
***
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Ramil İbrahimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Sail Ağasəlim