Sabirabadda qadın öldürüldü, 17 yaşlı yeniyetmə tutuldu - Yenilənib

sabirabadda-qadin-olduruldu-17-yasli-yeniyetme-tutuldu
Oxunma sayı: 4973

Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonunda qətl törədilib.

"Qafqazinfo" DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, rayon ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü R.Q. polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib. Araşdırma aparılır.

***

Sabirabad Rayon Prokurorluğu hadisə barədə məlumat yayıb.

Bildirilib ki, avqustun 26-da Sabirabad rayonu ərazisində 1975-ci il təvəllüdlü Rəna İmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2007-ci il təvəllüdlü Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.