Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən xəbərə əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.
Bu gün saat 09:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, Kəpəz (Göygöl), Qoşqar (Daşkəsən), Şahdağa isə qar yağıb.
Düşən yağıntının miqdarı Biləsuvarda 34 (aylıq normanın 106 faizi), Qaxda 28, Qobustanda 24 (aylıq normanın 47 faizi), Astarada 15 (aylıq normanın 29 faizi), İmişlidə 13 (aylıq normanın 39 faizi), Şəkidə 11, Xaltanda 9, Gədəbəy və Beyləqanda 8 mm-dək təşkil edib.
***
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli yağış müşahidə olunur.
Quba, Xaltan, Qrız, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb.
Mayın 3-də ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.
Dağlıq ərazilərdə qar yağacaq. Yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Həmçinin oxuyun: Лейла Алиева посетила USG - Фото
Son xəbərlər
Son Xəbərlər