Salyanda dördotaqlı ev kül oldu - Fotolar

salyanda-dordotaqli-ev-kul-oldu
Oxunma sayı: 353

Salyanda yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, yanğın rayonunun Şəkərli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Təyyar Şahbazova məxsus evdə anidən yanğın başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğın söndürülərək alovun ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınmasına baxmayaraq, 150 kv.m sahəsi olan dördotaqlı ev yararsız hala düşüb.

Yanğının hansı səbəbdən əmələ gəldiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov